29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Nihat Kahveci: "Mənə görə "Qarabağ" mərhələni keçdi"

Türkiyə millisinin sabiq futbolçusu, hal-hazırda futbol şərhçisi olan Nihat Kahveci "Qarabağ"ın "Bayer"lə cavab oyunundan (2:3) danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Türkiyə telekanallarının birində yayımlanan verilişdə Ağdam klubu haqda müsbət fikirlər səsləndirib:

"Xabi Alonso onsuz da "Qarabağ"ı məğlub edəcəklərini düşünürdü. Amma futbol belə deyil. Əlavə olunmuş dəqiqələrdə 2 qol vurdular. Mənə görə "Qarabağ" mərhələni keçdi. Onları təbrik edirəm. Halal olsun".

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ilk görüşdə 2:2 hesablı heç-heçə edib. Cavab oyununda Ağdam təmsilçisi 2:1 hesabı ilə öndə olsa da, Leverkuzen klubu 90+3 və 90+8-ci dəqiqələrdə vurulan qollarla növbəti mərhələyə yüksəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30