29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Azər Bağırov: "2-3 oyunda qələbə lazımdır ki, vəziyyətdən çıxaq"

"Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər yaxşı oynadıq. Futbolda belə hallar olur. 3 xal qazana bilmədiyimizə görə təəssüflənirəm. Çünki xallar bizim üçün çox vacib idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qəbələ" ilə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandanın yeganə qolunu vuran və qırmızı vərəqə alan Numan Kurdiçlə bağlı söyləyib: "Eyni futbolçu həm qırmızı vərəqənin alınmasında, həm də qapımıza vurulan qolda pay sahibi oldu. Əlbəttə, belə vəziyyətdə futbolçunun üzərinə də çox getmək, onu ruhdan salmaq olmur. Bunları unudub, qarşıdakı oyunlara baxmaq lazımdır. Kim istəyərdi ki, belə səhvlər eləsin. Nadir hadisə olsa da, baş verdi. Yaxşı ki, məğlub olmadıq, xalımızın üstünə xal əlavə etdik.

32 xalımız var. İkinci pillədən 8 xal geridəyik. Qarşıda 9 tur var, hər şey dəyişə bilər. Maraqlı oyunlar qarşıdadır. Bizə 2-3 oyunda qələbə qazanmaq lazımdır ki, vəziyyətdən çıxaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30