29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Rəşad Sadıqov: “Önəmli qələbə qazandıq”

“Komandamı təbrik edirəm. Olduqca önəmli qələbə qazandıq. Birinci hissə bizim üçün pis keçmirdi. Bir neçə təhlükəli hücumlarımız var idi. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu. Ötürmə vermək əvəzinə qapıya vursaydı, qolla nəticələnə bilərdi. İkinci hissədə sürəti qaldırdıq. Futbolçular ön xəttdə daha keyfiyyətli oynamağa başladı. Nəticədə çox vacib qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Futbolçular hücum xəttində daha inamlı idilər. Əksinə, gözləyirdim ki, daha həyəcanlı olacaqlar. Çünki, bəzi oyunlarda xal itkiləri komandanın üzərində təzyiq yaradırdı. Şükürlər olsun ki, bu gün həmin təzyiqi ata bildilər. Milli fasilədən öncə vacib qalibiyyət oldu. Bütün oyunlar çətin keçir. Rəqib çox yaxşı mübarizə aparırdı. Son dəqiqələrdə bizə həyəcanlı anlar yaşatdılar", - deyə o bildirib.

Təcrübəli mütəxəssis Premyer Liqadakı fasilənin "Zirə"yə necə təsir edəcəyi ilə bağlı söyləyib: "Oyun yaxşı gedəndə heç kim fasilə olmasını istəmir. Sadəcə olaraq bizim başqa problemlərimiz var. Düşünürəm ki, fasilə bizim üçün daha yaxşı olar. Həm Meza Kollinin formaya düşməsi var, həm Kulaç, həm Rafael Utsiq zədədən yeni qayıdıb. Rüstəm Əhmədzadənin də 2-3 həftə zamana ehtiyacı var. Qarşıda bizi bir-birindən önəmli oyunlar gözləyir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30