29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Filip Ozobiç: “Azərbaycanda milliyə rəhbərlik edə biləcək yerli məşqçilər var”

“Milliyə dəvət aldığım üçün şadam”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç deyib.

“FİFA series-Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandasının heyətinə dəvət alan 33 yaşlı futbolçu qarşıdakı görüşlərdə özünü yaxşı tərəfdən göstərməyə çalışacağını bildirib: “Qarşıda millinin 2 oyunu olacaq. Düşünürəm ki, nəinki mən, dəvət alan hər kəs şans qazanacaq. Hər bir futbolçu yığmada özünü yaxşı tərəfdən göstərmək istəyir”.

Ozobiç Monqolustan və Bolqarıstanla görüşlərdən də söz açıb: “Hər iki oyuna ciddi yanaşmaq və qələbə qazanmaq lazımdır. Milli komandanın hər bir oyunu vacibdir”.

O, hazırda yığmaya müvəqqəti rəhbərlik edən Arif Əsədovun futbolçular üçün tanış sima olduğunu söyləyib: “Arif Əsədovu tanıyıram. Artıq bir neçə ildir milli komandada köməkçi məşqçi kimi çalışır. O özü də futbolçuları yaxşı tanıyır”.

“Sizcə, millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olmalıdır?” sualını F.Ozobiç belə cavablandırıb: “Bu barədə AFFA rəsmiləri danışsalar, daha yaxşı olar. Hər halda qərarı onlar verir. Mənim üçün bunun ciddi fərqi yoxdur. Əsas odur ki, yeni baş məşqçi komandaya fayda versin. Amma hesab edirəm ki, Azərbaycanda milliyə rəhbərlik edə biləcək yerli məşqçilər var”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30