29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Miodraq Bojoviç: “Bu qələbədən çox razıyam”

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 27-ci turunun "Səbail"lə matçından (3:0) sonra mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, monteneqrolu mütəxəssis bu qələbənin onun komandasına əlavə güvən verəcəyini söyləyib: "Bizim üçün çox vacib qələbə idi. Yaxşı başladıq. İlk qolu vaxtında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Biz və "Səbail" açıq futbol oynadıq. Hər iki komandada yaxşı məqamlar var idi. Bu qələbədən çox razıyam və inanıram ki, bu qələbə bizə əlavə güvən verəcək. Növbəti oyunlarda güvən artacaq. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur".

O, hücum və müdafiədə xəttindəki problemlər haqda da danışıb: "Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək".

Mütəxəssis "Forza Neftçi"nin komandanın oyunlarını boykot etməsindən də söz açıb: "Qələbə qazanıb, qollar vurmağa çalışacağıq ki, gözəl oyun sərgiləyək və azarkeşlər stadiona qayıtsın".

Miodraq Bojoviç "Azərbaycan futbolu haqqında təəssüratınız dəyişibmi?" sualını da cavablandırıb: "Təbii haldır ki, indi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan "Qəbələ" göstərdiyi oyun baxımından həmin o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər".

Baş məşqçi komandanın, kapitan Emin Mahmudovun oynamadığı görüşlərdə qələbə qazanması haqda bunları deyib: "Məncə, bu sadəcə təsadüfdür. Eminin ciddi zədəsi var. O, iynə vurduraraq meydana çıxmaq haqda da soruşurdu. Amma biz risk etmədik. Emin bizim kapitanımızdır, vacib futbolçumuzdur. Onun oynaması bizim üçün xoşdur".

"Neftçi" martın 23-də "Spartak"la yoxlama oyunu keçirəcək. Miodraq Bojoviç həmin oyuna da toxunub: "Spartak" yaxşı rəqibdir. Bu rəqiblə oynamağımız çempionatdakı növbəti matçlar üçün yaxşı hazırlıq olacaq".

O, "İkinci pillə uğrunda rəqabətin getməsi avrokuboklar mübarizəsinə necə təsir edəcək?" sualını bu cür cavablandırıb: "Premyer Liqada komandalar hansısa yer uğrunda mübarizə aparırsa, demək ki, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır".

Sonda mütəxəssis "Neftçi"nin yetirməsi Ağadadaş Salyanski haqqında da fikirlərini bölüşüb: "Çox perspektivli oğlandır. Biz də onu əsas heyətə cəlb etmək istiqamətində işlər görürük. Hər şey ondan asılı olacaq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30