29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Qurban Qurbanov: “İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu”

"Epizoda baxdım. İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

UEFA Avropa Liqasının 1/8 finalının "Bayer"lə səfər oyunu haqda danışan mütəxəssis igiltərəli baş hakim Entoni Teylorun Elvin Cəfərquliyevə qırmızı vərəqə verdiyi epizodu dəyərləndirib: "Bəlkə də İngiltərə Premyer Liqasında bunu cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi və qərar belə verildi".

Q.Qurbanov bildirib ki, oyundan sonra Elvinə etiraz bildirmək düzgün olmazdı: "Çünki hər kəs fərqli emosiyada idi. Biri əsəbi, biri məyus idi. Amma hər bir halda futbolçularım diqqətli olmalıdır. Daha tez oynamağı bacarmalıdırlar. Yenə də futbol mübarizə oyunudur. Belə epizodlarda bəsit qırmızı vərəqə qərarı düzgün deyil".

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendə ötən gecə oynanılan görüşdə isə "Qarabağ" 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30