29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Elmar Baxşıyev: "Heç kim deyə bilməz ki, "Neftçi" bizdən üstün idi"

"Dinamik oyunun şahidi olduq. Komandamın əzmkarlığından razı qaldım.  Biz də başa düşürük ki, futbolda ən önəmli şey nəticədir. Son oyunlarda futbolçulardan istədiyimizi alırıq. Amma nəticə baxımından komanda istədiyinə çatmır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 20-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının nəticə qazana bilməməsinin bir çox səbəbi olduğunu qeyd edib: "Səbəb çoxdur. Burada səbəbləri saysam, vaxt çox gedər. Səhvlərimizi görürük. Hər oyunda qapında pemalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa, şansın daha da az olacaq. Bunları azaltsaq, oyun planında daha da inkişaf edərik".

Baş məşqçi qapılarına verilən penalti qərarı və futbolçusu Zurab Oçiqavanın qırmızı vərəqə aldığı epizod haqda da fikir bildirib: "Biz səhvlər edirik ki, qapımıza penalti olur. Verdiyimiz səhv qərarlardan sonra rəqib bizi cəzalandırır".

E.Baxşıyev qapıçı Kristof Atanqananın səhvləri ilə bağlı isə bildirib: "Bu məğlubiyyəti Atanqanaya bağlamazdım. Həbib gənc futbolçudur, talantı var. Amma indiki durumda Premyer Liqada oynayacaq səviyyədə deyil. İnkişaf dönəmini keçməlidir. Öz yaşıdları ilə oynamaq ayrıdır, belə peşəkar səviyyədə oynamaq ayrı".

E.Baxşıyev uduzsalar da, oyun baxımından "Neftçi"dən geri qalmadıqlarını deyib: "Futbolda nəyisə sözlə həll etmək olmur. Daha çox güc sərf etməlisən, əzmkarlıq göstərməlisən ki, istədiyin nəticələri əldə edəsən. Futbolçularım təslim olamyıblar. Hesaba baxırsızsa, "Neftçi" qalib gəldi. Amma futbol baxımından heç heç kim deyə bilməz ki, "Neftçi" bu gün bizdən üstün idi. Biz səhvlər edirik.Uğurlu olmaq üçün daha məsuliyyətli olacağıq".

"Qəbələ"nin çalışdırıcısı azarkeşlərin etirazının normal olduğunu qeyd edib: "Azarkeşlərin iradını qəbul edirik. Sonuncu yerdə gedən komandadan azarkeş razı ola bilməz. Çox rahat təslim olmayacağıq".

E.Baxşıyev əvvəllər də "Qəbələ"də çalışmış Səbuhi Səfiyarlının klubun idman direktoru təyin olunmasına da münasibət bildirib: "Səbuhinin reklama ehtiyacı yoxdur. Bu klubda olub, öz sahəsi üzrə Azərbaycan futbolunda tanınmış insandır. O da komandaya öz gücünü verəcək".

E.Baxşıyev heyətdəki futbolçulardan narazı olmadığını da vurğulayıb: "Transfer xatirinə transfer olmasını mən istəmirəm. Sərəncamımda olan futbolçular var. heç kim Oçiqavaya, Afrikoya zəif futbolçu deyə bilməz. Ümid edirik ki, komanda toparlanıb nöqsanları aradan qaldıracaq və daha uğurlu olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30