29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Azər Bağırov: "Problemimiz qol vura bilməməyimizdir"

"Maraqlı görüş izlədik. Sevindirici haldır ki, bəzi futbolçularımız xəstə olmalarına baxmayaraq, meydanda mübarizə apardılar. "Qarabağ"la matçdan sonra yaxşı oyun gördüm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 20-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Komandasının əsas problemini açıqlayan A.Bağırov futbolçularının istədiyi oyunu göstərdiyini də qeyd edib: "Yeni qurulmuş komandayıq. Səhvlərimiz ola bilər. Hələ hər şey qabaqdadır. Bu gün 27 xal toplamışıqsa, meydanda futbol görürüksə, bu, sevindirici haldır. Bəli, qollar vura bilmirik. Problemlərimiz buradadır. Çalışacağıq ki, bunları aradan qaldıraq. Hər oyunda çoxlu qol epizodları yaradırıq. Bizim qapıda isə iki epizoddan biri qola çevrilir. Komanda meydanda mənim istədiyim futbolu göstərir".

Baş məşqçi ümumilikdə rəqibdən daha üstün oynadıqlarını bildirib: "İlk yarıda da rəqibdən üstün idik. Standart vəziyyətdən qapımızda qol olmasaydı... Hücumlarımız kəsərli idi. Rəqib qapıda daha çox biz idik. Ola bilər ki, külək amili var idi. "Sumqayıt" küləyə qarşı oynayırdı. Xırda bir məsələ var ki, onu birinci hissədə az edirdik. Uşaqlar ikinci hissədə mənim istədiyim futbolun 80 faizini oynadılar".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30