29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Neftçi” - “Qəbələ”: 68-ci duel

Azərbaycan Premyer Liqasında XX tura start verilib. Turun son günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi Arena”da baş tutacaq matç iki rəqib arasında 68-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 67 dəfə görüşüb.

Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib. 30 oyunda bakılılar qalib gəlib. Bu görüşlərdə 77 qol vuran “Qəbələ” 96 top buraxıb.

İndiyədək keçirilən qarşılaşmalardan 61-ı Premyer Liqa, 6-sı kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində 62-ci duel olacaq. Əvvəlki 61 matçda 18 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 29 dəfə uduzub. Rəqib qapısına 69 dəfə yol tapan “qırmızı-qaralar” 91 top buraxıb.

“Neftçi” ilə səfərdə 34-cü dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 10 dəfə qalib gəlib, 8 heç-heçə edib və 15 dəfə uduzub. Komanda səfərdə 38 qol vurub, 48-nı buraxıb.

Xatırladaq ki, yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək matç 17:30-da başlayacaq (gabalafc.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30