29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Qurban Qurbanov: “Qəbələdə, Gəncədə, Tovuzda yaxşı oyun göstərmək çətindir”

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Vacib 3 xal əldə etdik. Qarşımızda istəkli və ciddi rəqib var idi. Belə geridönüşlər futbolçulara inam verir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunda "Kəpəz"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, komandasından çox narazı qalmadığını bildirib: "Narazı qaldığım bəzi epizodlar oldu. Qəbələdə, Gəncədə, Tovuzda yaxşı oyun göstərmək çətindir. Amma futbolçular ciddi və diqqətli idilər”.

Mütəxəssis Yasin Benzianın zədələndiyi epizodda rəqib qapıçıya qırmızı vərəqə verilib-verilməməsi ilə bağlı sualı belə cavablandırıb: “Qərar hakimlərin olmalıdır. Məncə, həmin epizod qırmızı vərəqə idi. Amma paltardəyişmə otağında qapıçılarımız dedilər ki, orada qırmızı yox idi. Benzianın durumu yaxşı deyil, Həkimlər başına tikiş qoydular. Baş gicəllənməsi var idi. Çox sərt zərbə aldı. Dəqiq durumu sabah bilinəcək”.

Qurbanov Redon Cicanın zədəsinə də toxunub: “Ciddi bir problem olmalı deyil. Yorğunluqdan əzələsində gərilmə oldu. Sabahkı müayinədən sonra dəqiq məlumat biləcəyik”.

Q.Qurbanov qeyd edib ki, ikinci yerdən 17 xal öndə olmaqlarına görə komandanı motivasiya etməyin çətin olmadığını bildirib: “Mənim tələblərim, proqramım olduğu kimi davam edir. Futbolçular da bunu ürəkdən yerinə yetirirlər. Nə qədər desək də, bəzən futbolçularda arxayınlıq olur. Amma bu o demək deyil ki, biz hər şeyi təmin etmişik”.

O söyləyib ki, Aleksey İsayevin potensialı böyükdür: “İsayevin bizim tələblərimizə uyğunlaşmağa ehtiyacı yoxdur. Təcrübəli futbolçudur. Amma onu potensialı bu deyil. Daha da yaxşı olmalıdır. Komandamıza fayda verəcək futbolçudur. Gələcəkdə ondan daha yaxşısını tələb edəcəyik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30