29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Ayxan Abbasovdan qələbə şərhi: “Təkcə statistika deyil, ümumi durum bizi motivasiya edirdi”

“Mühüm qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Bu gün komandaya yaxşı dəstək oldular”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XX turunda “Səbail” üzərində 3:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Ötən tur ağır hava şəraitində Qəbələdə mübarizə aparmışdıq. Futbolçulara ikiqat yük düşmüşdü. Lakin yorğun olsaq da, futbolçularımın xarakteri ilk dəqiqələrdən göstərdi ki, bu oyunun mahiyyətini başa düşmüşük. İstədiyimiz hücumlar oldu. İlk dəqiqələrdən oyuna nəzarət bizdə idi. Rəqibin boşluqlarından düzgün istifadə edirdik. Qolumuzu da vurduq. Bəlkə fasiləyə qədər ikinci dəfə də fərqlənmək olardı. Rəqib ikinci hissəyə dəyişikliklərlə başladı. Bundan sonra bir qədər ehtiyatlı oynadıq. Futbolçular uduzmaqdan qorxurdular. Ötən tur yaşananlar komandaya psixoloji cəhətdən mənfi təsi etmişdi. Komandama inanıram. Özümüzə gəlmək üçün belə oyunlar vacibdir. İlk 2 dövrədə “Səbail”ə uduzmuşduq. Amma bu gün 3 xal qazanan tərəf olduq. Çempionat davam edir. Turnir cədvəlində aşağıdan uzaqlaşırıq, yuxarıya yaxınlaşırıq. Hədəf dəyişmir - hər oyuna qalib gəlmək, xal qazanmaq üçün çıxırıq”.

A.Abbasov komandasının inkişafı üçün zamana ehtiyac olduğunu vurğulayıb: “İstədiyim komandanı görmək üçün vaxt lazımdır. Desək ki, 1 ay, 3 ay, bu, yalan olar. Məşqçilər, rəhbərlik aramızda müzakirə aparırıq. Əvvəlki “Turan Tovuz”la indiki komanda arasında fərq var, həm oyun, həm də futbolçuların bir-birini başa düşməsi baxımından”.

O məşqçinin uzun müddət eyni yerdə işləməsinin klub üçün faydasını belə izah edib: “Haşiyə çıxım, Antalyada Özbəkistan klubu ilə oynayırdıq. Çox maraqlı rəqib idi. Futbolçular bir-birlərini əla başa düşürdülər. Bu, özümüzə də maraqlı gəldi. Hətta “Sumqayıt”ın baş məşqçisi də orda idi. Onunla da diskusiyamız oldu və eyni məqamı qeyd etdi ki, rəqib futbolçular bir-birilərini çox gözəl anlayırlar. Maraqlandım, məlum oldu ki, baş məşqçi 12 ildir həmin klubda çalışır. Yəni vaxt çox mühüm amildir futbolda. Məşqçi komandada uzun müddət çalışırsa, aparıcı futbolçularını qorumaqla heyəti gücləndirirsə, ildən ilə hər şey yaxşıya doğöru gedəcək”.

Bugünkü matçda komandasının motivasiyasının yüksək olmasının səbəbini A.Abbasov belə izah edib: “Futbolçularıma əvvəldən demişdim, bu mövsüm hər iki oyunda “Səbail”ə uduzmuşuq. Ötən il isə evdə hər iki matç heç-heçə bitmişdi. Həmişə futbolçularıma demişəm ki, hər rəqibdən mövsüm ərzində xal almalıyıq. Bu, bizə inam gətirəcək. Həm də bu gün təkcə statistika deyil, ümumi durum motivasiya edirdi komandanı. Azarkeşlərimizi sevindirmək istəyirdik”.

“Turan Tovuz”un çalışdırıcısı ötən mövsümlə müqayisədə bu il komandasının standart vəziyyətlərdən çox faydalı olması fikri ilə tam razılaşmayıb: “Nəzərə alaq ki, bu gün ikinci qolda hər şey künc zərbəsindən sonra başladı. Ümumilikdə isə Ayxan Quseynov künc zərbəsindən ötürmələri istədiyimiz kimi etmirdi. Həm də standart vəziyyətdən hər oyun istədiyin kimi yararla bilmərsən. Çünki istər-istəməz rəqib təhlil edir, sənin güclü tərəflərinin qarşısını almağa çalışır. Rəqib 3 mərkəz müdafiəçisi ilə matça başladı və üçün də hündür boy idi”.

“Bu dəfə hakimləri məğlub edə bildiz?” sualını mütəxəssis belə cavablandırıb: “Bu gün çətin oyun idi. Hakim işinin öhdəsindən gəldi. Mübarizə çox idi meydanda. Yaxşı olanda həmişə yaxşı demişəm. Klub olaraq düzgünlük istəyirik. Əsas odur ki, hakim matçın nəticəsinə təsir etməsin. VAR hansısa epizoda təsir etməyəndə, bu, bizi düşünməyə vadar edir ki, niyə belə oldu? AFFA rəhbərliyi külli miqdarda pul xərcləyib, VAR sistemini gətirib. Maraqlı çempionat gedir. Bu gün bəzi ölkələrdə heç VAR yoxdur. Üstəlik, bizim çempionatın çəkilişi də yaxşıdır. Yəni istədiyimiz odur ki, hakimlər də diqqətli olsunlar. Eyni epizodda 2 fərqli qərar qəbul edilməsin”.

A.Abbasov AFFA-nın baş katibi Sərxan Hacıyevin bugünkü matçı izləmək üçün Tovuza gəlməsini müsbət addım adlandırıb: “Alqışalayiq addımdır ki, AFFA rəhbərliyi gəlir, jurnalistlər gəlir. Bütün bunlar lazımdır. Bakıdan kənara çıxmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30