29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Şahin Diniyev: “Sabah yazsalar ki, kosmosa uçmuşam, təəccüblənməyin”

“Birinci hissədə komandamı meydanda görə bilmədim. Fasilədən sonra isə daha yaxşı “Səbail” var idi meydanda. İkinci 45 dəqiqədə daha yaxşı oynamağa başladıq. Sadəcə irəlidə kəskinliyimiz çatışmır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Turan Tovuz”a 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, komandasının ucuz qollar buraxdığını bildirib: “Ən narahatedəci məqam odur ki, uşaq səhvlərinə yol veririk. Ucuz qollar buraxdıq. Top harasa, ora-bura dəyib, axırda tora daxil olur. Bu, məni çox məyus edir. Bununla belə, irəli baxmaq lazımdır. Zədəlilərin çoxluğunu və yeni transferlərin uyğunlaşması üçün zamana ehtiyac olduğunu nəzərə alsaq, inanıram ki, növbəti həftələrdən daha yaxşı çıxış edəcəyik. İkinci hissədəki oyundan razıyam. Lakin futbol faktlara söykənir. Məğlub olmusansa, deməli, bu gün uğursuzsan. Rəqibi təbrik edirəm. “Turan Tovuz” bu gün çox motivasiyalı idi. İkinci hissədə taktiki cəhətdən çox ağıllı oynadılar”. 

Diniyev rəqibin vurduğu ikinci qolda “Səbail”in müdafiəçisi Cabir Əmirliyə qarşı kobudluq olub-olmaması barədə sualı belə cavablandırıb: “Hakimlər də insandırlar, onlar da səhv edə bilərlər. Hər şeyi analiz etsək, həm səhv, həm də düz - onlar barədə nəsə tapacağıq. Lakin belə şeylərə köklənsək, biz itirəcəyik. Ondan başlayaq ki, həmin epizodda top orda olmamalı idi. Top ora gəlibsə, sonrakı proseslər artıq maraqsızdır. Mən dayandığım yerdən nəsə demək çətindir. Dəqiq fikir bildirmək üçün epizodun təkrarına baxmaq lazımdır. Məğlubiyyətin əsas səbəbi bizik, özümüzük. Səhvləri kənarda axtarmamalıyıq, özümüzə fokuslanmalıyıq”.

Mütəxəssis bildirib ki, itkilərin ucbatından matçın gedişində müdafiə xəttində bir neçə dəfə taktiki dəyişikliklər edib: “Mən itkiləri bəhanə kimi gətirmirəm. Amma oyunçu çatışmazlığı açıq-aşkar görünür. Bu gün 2 dəfə məcburiyyətdən oyunu gedişində beşli, sonra da üçlü müdafiəyə keçmişik. Rəqibin əsasən sağ cinahdan təhlükəli hücumlar qurduğunu gördüyümüzdən matçın gedişində müxtəlif yerdəyişmələr etməyə məcbur olurdum. Sonradan Cabir Əmirlini meydana buraxdıq və ikinci hissədə Otto Conun təhlükəli keçidlərinin qarşısını ala bildik”.

Ş.Diniyev “Səbail”ə qarşı kampaniya aparılması, təzyiq olması, oyun günləri mətbuatda hakimlərin komandaya kömək edəcəyi barədə xəbərlərin yayılmasına belə münasibət bildirib: “Mən uşaq deyiləm, hər şeyi başa düşürəm. Keçən il, bu il - gör nə qədər bizə qarşı haqsızlıq oldu. Kimisə günahlandırdıq? Mətbuata böyük hörmətimiz var. Ancaq həmişə demişəm ki, kim necə istəyir yazır, əsas odur Allah bizim yazımızı pis yazmasın. Bəzilərinin işi odur ki, bu cür təzyiqləri göstərməlidirlər. Ona görə də heç nəyə fikir vermirik. İstəsək, bu gün hakimliklə bağlı ən azı 3-4 səhv tapa bilərik. İstənilən vəziyyətdə fit verib, əks tərəfə cərimə zərbəsi təyin etmək mümkündür. Amma mən belə şeylərə fikir vermirəm. Biz mətbuata, hakimliyə, təzyiqlərə fokuslanmamalıyıq. Təzyiq altında oynamağa öyrəşməliyik. Yekunda hər şey bizim üçün yaxşı olacaq, buna inanıram. 1-2 turdan sonra daha yaxşı “Səbail” görəcəksiniz meydanda. Buna heç kim mane ola bilməyəcək”.

Oğlu Kərim Diniyevi komandadan uzaqlaşdırması barədə yayılan xəbərə “Səbail”in baş məşqçisinin reaksiyası belə olub: “Sabah yazsalar ki, mən kosmosa uçmuşam, təəccüblənməyin (gülür)”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30