29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

"Qarabağ" rəsmisi: "Onu almaq istəyən mütləq bizə müraciət etməlidir"

“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Asgərov Rusiyanın "Rubin" və "Krasnodar" klublarının Leandro Andrade ilə maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, "Sport-Express"ə açıqlamasında kabo-verdeli yarımmüdafiəçi ilə bağlı kluba rəsmi təklif gəlmədiyini deyib:

"Heç kim bizə Leandro ilə bağlı müraciət etməyib. Başqa klubların bizim komandadan hansısa futbolçunu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, mütləq bizə müraciət edilməlidir. Çünki onun “Qarabağ”la müqaviləsi var”.

Xatırladaq ki, Andradenin agenti Uqo Kadjuda Rusiya mediasına bildirib ki, "Rubin" və "Krasnodar" futbolçu ilə maraqlanır.

Andrade bu mövsüm "Qarabağ"da 33 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30