29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Şeydayev: "Hədəfimiz Super Liqadır"

"Kocaelispor"un yeni hücumçusu Ramil Şeydayev Türkiyədə jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gün məşqdən əvvəl media nümayəndələrinə açıqlama verən Azərbaycan millisinin 27 yaşlı futbolçusu əvvəlcə Türkiyə I Liqasının son turunda evdə “Eyüpspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

"Yaxşı və sürətli oyun oldu. Asmosfer əla idi. "Eyüpspor" üçün çətin oyun alındı. Bunu azarkeşlərimiz sayəsində gerçəkləşdirdik. Çünki rəqib üzərində böyük təzyiq yarada bildilər. Bu, çox xoşuma gəldi", - deyə R.Şeydayev bildirib.

O deyib ki, "Kocaelispor"a keçməzdən əvvəl bir vaxtlar bu komandada çıxış etmiş, hazırda isə "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqovla danışıb: "Danışdıq, amma bu, çox uzun söhbət olmadı. Söhbətimizdə əsasən azarkeşlərimizdən bəhs etdi. Çox yaxşı azarkeşlərimiz olduğunu söylədi. Sonra "Kocaelispor"a keçməkdə yekun qərarın mənə məxsus olduğunu dedi. Dedi ki, özün üçün nəyi yaxşı hesab edirsənsə, həmin qərarı ver. Mən də bura gəlməyi üstün tutdum".

Şeydayev bildirib ki, "Kocaelispor"a adaptasiyası asan olacaq: "Çünki burada yaxşı dostluq var. Bundan başqa Türkiyəni də tanıyıram, dilini də bir az bilirəm. Din baxımından da mənə fərqlilik yoxdur. Eyni dinə mənsubuq. Komanda yoldaşlarımla söhbət edərək yaxşı vaxt keçiririk. Mənim üçün hər şey yaxşı gedir".

O bildirib ki, növbəti turda "Altay"a qarşı matçda oynamaq istəyər: "Bu, baş məşqçimizin qərarıdır. Onun verəcəyi qərara hər zaman sayğı duyaram. Çempionluq yolunda da addım-addım irəliləmək lazımdır. İndi hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır. Ora çempion olaraq çıxmaq üçün də addım-addım gedəcəyik. Oyundan-oyuna baxacağıq, bu hədəf üçün cəhd edəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30