29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Brayan Moreno: “Məqsədim “Neftçi” ilə titullar qazanmaqdır”

"Neftçi"nin yeni transferi Brayan Moreno klubun televiziyasına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə o, ilk təəssüratlarını bölüşüb: "İlk təəssüratım odur ki, əvvəl tanımadığım futbolçular məni çox yaxşı qarşıladılar. Xüsusən də, Latın Amerikasından olanlar mənə komanda haqda yaxşı sözlər dedilər. Baş məşqçi ilə də aramızda görüş oldu. Ümid edirəm ki, çox tez bir zamanda komandaya uyğunlaşa biləcəyəm".

Moreno "Neftçi" və paytaxt Bakı haqqında isə bunları söyləyib: "Neftçi"dən təklif aldıqdan sonra həm klub, həm də Bakı şəhəri haqda məlumat toplamağa başladım. Şəkillərdən gördüyüm kimi, Bakı çox gözəl və böyük şəhərdir. Hələ ki, şəhəri gəzməyə və tanımağa vaxtım olmayıb. İlk fürsətdə şəhərlə tanış olacağam".

Kolumbiyalı forvard qarşısına qoyduğu məqsədlərdən də söz açıb: "Neftçi"də əsas məqsədlərimdən biri komanda ilə titullar qazanmaq və çempionatın bombardiri olmaqdır. Azarkeşlərə demək istəyirəm ki, hər zaman stadiona gələrək bizi dəstəkləsinlər. Onlar 12-ci oyunçudur. Bizə hər zaman dəstək verməyə davam etsinlər".

Qeyd edək ki, "Neftçi" yanvarın 21-də kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə imzaladığını açıqlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30