29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Sadıqovdan kinayəli paylaşım

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan çempionatında tətbiq olunan VAR-la bağlı növbəti dəfə narazılığını bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, bununla instaqramdakı səhifəsində paylaşım edib.

Paylaşımda əvvəlcə Azərbaycan Premyer Liqasının 19-cu turunun "Səbail" - "Zirə" matçında (0:0) qonaq komandanın futbolçusu Rüstəm Əhmədzadəyə qarşı ayaqla sərt toxunuşun penalti kimi qeydə alınmaması əks olunub. Ardınca isə Afrikada çəkildiyi ehtimal olunan, hakimlərin epizodlardan birini həvəskar səviyyədə - kiçik videokamerada izləməsi anı yer alıb. Həmin epizoda Sadıqov "Zirə"nin oyunlarında" şərhini yazıb.

Qeyd edək ki, "Səbail" - "Zirə" oyunun baş hakimi Fərid Hacıyev olub. O, VAR-a baxdıqdan sonra R.Əhmədzadəyə qarşı epizodu qayda pozuntusu kimi qeydə almayıb (qol.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30