29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Mohammed Kadiri: “Belə qolları komandama hədiyyə edirəm”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mohammed Kadirinin Futbolxeber.az saytına müsahibəsi

 

- III dövrəyə məğlubiyyətlə başladınız. “Qarabağ”dan alınan 1:3 hesablı yenilgiyə səbəb nə oldu?

- Uduzmağımıza baxmayaraq, hesab edirəm ki, çox yaxşı oyun keçirdik. Yenə də etdiyimiz çoxsaylı səhvlər hesabın bu cür olmasına gətirib çıxardı. Normalda futbolda səhvlər qaçınılmazdır. Amma qarşıdakı oyunlarda bu səhvləri təkrarlamamalıyıq. Yolumuza uğurla davam etmək üçün bu, olduqca vacibdir.

- Konkretləşdirsək, oyunun taleyini həll etdi: “Araz-Naxçıvan”ın səhvləri, yoxsa "Qarabağ"ın daha güclü olması?

- Bəli, səhvlər buraxdıq. Normal olaraq rəqib də səhv edirdi, amma onlar bunu düzəldə bilirdilər. Biz isə səhvlərimizi düzəldib irəli baxmalıyıq.

- Səhvlərlə yanaşı, çox baxımlı qola imza atdınız...

- Onu deyə bilərəm ki, belə qolları komandama hədiyyə edirəm. Mövqeyimdə bunları etməyi bacarıram. Hər kəs kimi, mən də mövqeyimdə öz performansımı nümayiş etdirməyə çalışıram. Bu, mənim gücümdən xəbər verir.

- Azarkeşlər sizdən yenə belə qollar gözləsinlər?

- Əlbəttə! (gülür) Əlimə imkan düşdükcə, belə qollara imza atacam. Hətta deyərdim ki, bundan artığını edə bilərəm.

- Qış fasiləsi məğlubiyyətinizə nə dərəcədə təsir göstərib?

- Əvvəlki mövsümdə də məğlub olduğumuz matçlar olub. Ötən il 2 dəfə belə fasilə keçirmişik. Bununla belə, oyunumuzda heç bir axsama olmayıb. Bizimçün vacib olan səhvlərimiz üzərində işləməkdir.

- Qarşıdakı oyunlarda “Araz-Naxçıvan”dan nə gözləmək olar?

- Öyrənməli olduğumuz çox şey var. Bizi qarşıda uzun marafon gözləyir. Düşünürəm ki, növbəti matçlarda qələbələr gələcək.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30