29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz”

"Mənim üçün maraqlı oyun oldu. Komandaların hamısı güclənib. Yeni futbolçularımızdan da razı qaldım. “Qarabağ”ı təbrik edirəm və qarşıdakı matçlarda uğurlar arzulayıram".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Bu gün yeni yaranmış “Araz-Naxçıvan”, avrokuboklarda rəqiblərini çökdürən “Qarabağ”a qarşı oynayırdı. Onlarla matçda boşluqlarımız görünməsə, mənim üçün gülünc olardı. “Qarabağ” səviyyəsində olan komanda ilə başabaş oynamaq...Bu komandanın avrokuboklardakı çıxışını nəzərə alıb, yorğunluqlarından istifadə edib futbol oynamaq olar. “Qarabağ” 20 ildən artıqdır ki, Azərbaycan futbolunda dominantlıq edir. 15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz. Uşaqlar çalışırlar, meydanda vuruşurlar. Gənclərimiz də oynadı. Onları burada sınamasaq, harada oynayacaqlar? Get-gedə onların da yaxşı performansını görəcəyik. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir".

A.Bağırov legioner oyunçu transferi ilə bağlı sualı da cavabılandırıb: "Biz də istəyərdik ki, legioner dəvət edək. Araşdırmalarımız, seleksiyamız getmişdi. Yaxşı oyunlarımız olsa, alınacaq. Əsas da hücum xəttinə oyunçu transferi fikirləşirik. Orada boşluqlar çoxdur. O komandayıq ki, rəqib qapısı qarşısında 3-4 epizod yaradıb, yararlana bilmirik. Bu da müdafiədə öz təsirini göstərir. Rəqiblərimizin hücum xəttində rəngarənglik daha çoxdur. Bütün komandaların hücum xəttində daha çox oyunçuları var, nəinki müdafiəçilər".

Baş məşqçi qeyd edib ki, "Qarabağ"ın imkan verdiyi qədər oynaya biliblər: "Bu barədə çox danışmaq olar. “Qarabağ” icazə verdiyi zonalar var idi. Hansı ki, biz girə bilirdik. Çox yerdə qarşımızda sədlər var idi. Amma alınan detallar, rəqibin yorğunluğu və ya bizim düzgün pressinqimizlə əlaqəli ola bilər. Birinci hissə az alındı. Çünki “Qarabağ” daha rahat və hazırlıqlı idi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30