29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Adil Şükürov: “Narazı qaldığım məqamlar çoxdur”

“Bütün azarkeşlərimizə təşəkkür edirəm. Soyuq havadə uzaq yol gəlib bizə dəstək oldular. Futbolçularıma minnətdaram. Bu gün çətin hava şəraitində meydanda canlarını qoydular. Ağır oyun olacağını gözləyirdik. "Turan Tovuz"un yoldaşlıq oyunlarını izləmişdik. Çalışdıq ki, öz oyunumuzu diktə edərək qalib gələk".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Hər futbolçu istəyir ki, 90 dəqiqə oynasın. Mate Kvirkviyanın narazılığı daha çox oynamaq istəyi ilə bağlı idi. Ona izah etdim ki, hər əvəzetmənin səbəbi var. Qarşıdakı matçlarda daha çox şans qazanacaq", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, narazı qaldığı məqamlar çoxdur: "Həm müdafiədə, həm də hücumda narazılıqlar çoxdur. Amma istəmirəm ki, indi bu haqda danışım. Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Bu gün onların pozitiv əhvalda qalmasını istəyirik. Daha sonra təhlillərdə səhvlərini deyəcəyik. Bu, rəqabətdir. Hər komanda qalib gəlmək istəyir. Rəqabətdə daha yaxşı olan oyunçuya şans verəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30