29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Ayxan Abbasov: “Hakimlərə də qalib gəlmək lazımdır”

“Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Liqasının 19-cu turunda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, 1:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:

"Oyunun çətin olacağını əvvəlcədən bilirdik. Hava şəraiti də ağır idi. Matça çox yaxşı başladıq. Oyuna nəzarət bizdə idi. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Sistemi dəyişdik. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. Çalışdıq düzgün mübarizə aparaq. İkinci hissədə topa nəzarət rəqibdə idi. Bir sürətli hücumla qol vurdular. Üzücü məğlubiyyətlə üzləşdik”.

O, hakimlərdən narazılıq edib: “Hələ oyunlar qabaqdadır. Növbəti matçlara hazırlaşmalıyıq. Hakimlik yenə çox zəif idi. Matçın 50-ci dəqiqəsində Vüsal Məsimova qırmızı vərəqə verilməli idi. Niyə VAR-a çağırmadılar? Barış Şimşeklə müzakirə etməyə hazıram. Bizimki də eyni epizod idi. VAR təəssüf ki, baş hakimi çağırmadı. Faiq Hacıyevin epizodu daha yüngül idi. Bəs Vüsal Məsimova niyə qırmızı vərəqə verilmir? Daha möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdır".

Mütəxəssis bildirib ki, çox güman ki, Martin Petkovla yolları ayıracaqlar: "Onun özünə və bizə aid səbəblər var. Martin perspektivli oyunçudur. Yaxşı başlamışdı. Amma sonra problemlər ona imkan vermədi. Yaxın günlərdə qərar olacaq. "Neftçi"dən icarəyə götürdüyünüz futbolçuların hər ikisinin potensialı var. "Neftçi"də az şans qazanırdılar. Bizdə daha çox oynayacaqlar. Özlərindən də çox şey asılıdır. Bu gün əllərindən gələni etdilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30