29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Ruan Renato: “Növbəti oyunlardan daha üzüağ çıxmalıyıq”

“Çətin oyun alındı. Süni ot örtüyünü və küləyi nəzərə alsaq, bu, işimizi daha da çətinləşdirirdi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato Azərbaycan Premyer Liqasının 19-cu turunda “Səbail”lə 0:0 hesabı ilə heç-heçə yekunlaşan oyun barədə danışarkən deyib.

Xal itkisinə baxmayaraq, braziliyalı müdafiəçi komandasının pis təsir bağışlamadığını söyləyib: “Bütün çətinliklərə rəğmən, normal oyun göstərdik. Onu da unutmayaq ki, qış fasiləsindən sonra ilk rəsmi matçımız idi”.

Renato matçın sonuna yaxın komandasının lehinə verilməyən penalti epizodu barədə sualı belə cavablandırıb: “Açığı, mən epizoda çox uzaq idim. Epizoda dəqiq baxacam, özlüyümdə analiz edəcəm. Buna görə indi dəqiq fikir bildirə bilmərəm. Hazırkı məqamda səhvlərimiz üzərində daha çox çalışıb, növbəti oyunlardan daha üzüağ çıxmalıyıq”.

Cari mövsüm keçirilən 3 oyunun heç birində “Zirə” “Səbail”ə uduzmayıb. R.Renato bildirib ki, bu statistika ciddi önəm daşımır: “Üç oyun keçirdiyimizi və bunlardan yalnız birində qələbə qazandığımızı nəzərə alsaq, bu statistika çox da vacib deyil”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30