29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Şahin Diniyev: “Qollu heç-heçə olsaydı, daha yaxşı olardı”

“Bu gün dinamik bir oyun izlədik. Hər iki komanda həm müdafiədə, həm də hücumda taktiki cəhətdən savadlı oynamağa çalışırdı. Belə havada topa nəzarət etmək də çətin idi. Ancaq ikinci hissədə komandamın topu yer alması, oyuna nəzarəti xoşuma gəldi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”yə qarşı keçirilən oyunu (0:0) şərh edərkən deyib.

O, oyunçularından razılığını ifadə edib: “Futbolçularıma təşəkkür edirəm. Çünki bu gün bacardıqlarından da çoxunu etdilər. Meydanda komanda şəklində xarakter göstərə bildilər. Çətin hava şəraitinə baxmayaraq, üstəlik, nəzərə alsaq ki, ilk oyunlar həmişə həyəcanlı olur, komanda pis təsir bağışlamadı”.

Diniyev nəticəni ədalətli hesab edib: “Bu gün liderlərin oyunu idi. Hər iki komanda ilk beşlikdə qərarlaşıb. Ona görə də bu cür matçlar 6 xallıq olur. Heç kim uduzmaq istəmir. Hər kəs etibarlı, risksiz oynamaq arzusundadır. Düşünürəm ki, hər iki komanda bu gün 1 xal qazandı, heç kim itirmədi. Qollu heç-heçə olsaydı, daha yaxşı olardı”.

Mütəxəssis heyətdəki itkilər səbəbindən fərqli taktiki gedişlər üzərində işlədiklərini vurğulayıb: “Komandada bu gün dəyişikliklər var. Əfsuslar olsun ki, itkilərimiz hələ yerinə qayıtmayıb. 4 aparıcı futbolçumuzun olmaması bizi fərqli taktiki gedişlərə əl atmağa məcbur edir. İlk dəfə idi ki, biz 3-lü mərkəz müdafiəçi ilə oynayırdıq”.

Şahin Diniyev yeni transferlərin vaxta ehtiyac duyduqlarını söyləyib: “Onlar komandaya yeni qoşulublar. Əfsuslar olsun ki, Antalyada təlim-məşq toplanışında bizimlə birgə olmadılar. Növbəti oyunlarda daha yaxşı olmağa çalışacağıq. Hər bir xal bizə kömək edəcək”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30