29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Eddi İsrafilov: “Bojoviç gözlədiyimizdən də tələbkardır”

“Çətin oyun alındı. Çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Bilirdik ki, bizi çətin görüş gözləyir. Sona kimi mübarizə apardıq. Təəssüf ki, yekunda 1 xalla kifayətləndik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”a qarşı keçirilən oyun (0:0) barədə danışarkən deyib. 

O bildirib ki, komandası hücum xəttində daha fəal olmalıdır: “Lazımi qolu vura bilmədiyimiz üçün heç-heçə ilə kifayətləndik. Fərqlənmək üçün rəqib qapısı önündə daha iti olmalıyıq. Səhvlərimiz üzərində işləməli, çatışmayan cəhətlərimizi düzəltməliyik. İnanıram ki, tezliklə bundan da yaxşı durumda olacağıq”.

32 yaşlı futbolçu “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçdən da söz açıb: “Yeni baş məşqçinin öz tələbləri var. Bu da normal prosesdir. Antalyada Bojoviçin rəhbərliyi altında hazırlıq keçdik. Qısa müddətdə çalışdıq ki, onun istədiklərini maksimum dərəcədə yerinə yetirək. Hələ ki Bojoviç komandada yenidir. Düşünürəm ki, zaman keçdikcə komanda onun istədiyi vəziyyətə gələcək. Həftə boyu məşqlərdə baş məşqçinin istədiklərini reallaşdırmağa çalışmışdıq. Bojoviç çox tələbkardır. Hətta deyərdim ki, bizdən gözlədiyimizdən daha çox şey tələb edir”.

Adətən “Neftçi” və “Sabah” arasındakı matçlar məhsuldar keçsə də, bu dəfə qol izləmək mümkün olmadı. Eddi bunun səbəbini belə izah edib: “Düşünürəm ki, hər iki komandada yaxşı, səviyyəli futbolçular toplaşıb. Tərəflərdən heç bir rəqibə qol epizodlarını dəyərləndirmək imkanı vermədi. Üstəlik, fasilədən sonra çempionatın ilk turu idi. Heç kim səhv etmək istəmirdi”.

İsrafilov növbəti turda qarşılaşacaqları “Qəbələ” ilə matç barədə də söz açıb: “Qəbələ”yə qarşı evdə oynayacağıq. “Sabah”la matçı səfərdə keçirsək də, azarkeşlərimiz bizi tək qoymamışdılar. 90 dəqiqə boyu bizə dəstək oldular. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. Ümid edirəm ki, “Qəbələ” ilə matçda tərəfdarlarımızın sayı daha çox olacaq. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bütün gücümüzü meydanda qoyacağıq ki, qələbə qazanaq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30