29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Bojoviç: “Bu gün “Neftçi”nin heç bir futbolçusu oyuna biganə yanaşmadı”

“İlk növbədə Azərbaycan xalqına 34 il əvvəl baş vermiş faciə ilə (20 yanvar nəzərdə tutulur - red.) bağlı başsağlığı vermək istərdim. Oyuna gəldikdə isə düşünürəm ki, biz bu gün pis oynamadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Sabah”la qolsuz bərabərliyə qaldıqları oyundan sonra deyib.

Monteneqrolu mütəxəssis nəticəni ədalətli hesab etdiyini bildirib: “Oyuna yaxşı başladıq. İlk hissədə fərqlənmək üçün şanslarımız var idi. Eyni ilə rəqibin də imkanları oldu. İkinci hissə də dinamik oyuna şahidlik etdik. Hər iki tərəf fərqlənə bilərdi. Ona görə də düşünürəm ki, bu gün heç-heçə ən ədalətli nəticədir”.

O, “Neftçi”də oyun planında nələri dəyişmək istəməsi barədə sualı belə cavablandırıb: “Nəyisə dəyişmək üçün çox vaxtımız olmayıb. Düşünürəm ki, biz daha çox təzyiq etməliyik. Eləcə də işə daha ciddi yanaşmalıyıq”.

Bojoviç bildirib ki, bütün futbolçuları sərəncamında olandan sonra hazırkı heyət qarşıya qoyulan hədəflərə çatmaq üçün kifayət edəcək: “Biz artıq 2 yeni transfer reallaşdırmışıq. Onlar komandaya yeni qoşulublar. Eləcə də heyətdə zədəli futbolçularımız var. Həm yeni gələnlər, həm də zədəlilər sıraya qoşulduqdan sonra bu heyət qarşıya qoyulan hədəfə çatmaq üçün kifayət edəcək”.

“Neftçi”nin çalışdırıcısı fiziki durumu yaxşılaşdırmaq üçün vaxta ehtiyac duyduqlarını söyləyib: “Fiziki durumu asanlıqla dəyişmək olmur. Bizim vaxta ehtiyacımız var. Lakin düşünürəm ki, bu cür mübarizə əzmi nümayiş etdirsək, vəziyyət əvvəlkindən daha yaxşı olacaq. Bu gün hansısa futbolçunun oyuna biganə yanaşdığını görmədim. Hamı nəticə qazanmaq üçün çalışırdı”.

Miodraq Bojoviç Rusiyada çalışdığı illərdə “Sabah”ın hazırkı baş məşqçisi Murad Musayevlə duellərdən məğlub ayrılmasına belə münasibət bildirib: “Burda yox, amma Rusiyada onun komandası daha yaxşı idi (gülür). Murad Musayev yaxşı məşqçidir. Ona böyük hörmətim var”.

Sonda Bojoviç rəqib futbolçu Ayaz Quliyevlə matçdan sonra söhbətləşməsinə də toxunub: “Ayaz Tula “Arsenal”ında mənimlə birgə çalışıb. Onunla çox yaxşı əlaqəmiz var. Salamlaşdıq, qısaca söhbətləşdik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30