29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Nadir Nəbiyev yenidən QRFF-nin prezidenti seçildi

Qərb Regional Futbol Federasiyası İctimai Birliyininin VI hesabat seçki konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə iştirakçılar konfransın gündəliyi ilə tanış olublar.

Nadir Nəbiyevin iştirakçıları salamlamasından sonra iclasın sədri Regional Futbol Federasiyaları İctimai birliyinin baş mütəxəssisi Fizuli Nəcəfov söz alıb. Onun rəhbərliyi ilə aparılan konfransda ötən dövr üçün Qərb Regional Futbol Federasiyası İctimai Birliyinin hesabatı dinlənilib. İştirakçılar hesabatı yüksək səviyyədə qiymətləndirərək 5 illik dövrdə görülən işləri qənaətbəxş hesab ediblər. Daha sonra səsvermə mərhələsinə keçilib. İştirakçılar yekdilliklə Nadir Nəbiyevə səs veriblər.

Sonda növbəti dəfə QRFF prezidenti seçilən Nadir Nəbiyev iştirakçılara göstərdikləri etimada görə təşəkkürünü bildirib, bölgəmizdə futbolun inkişafı üçün daha da həvəslə çalışacaqlarını qeyd edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30