29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Mahir Emreli: "Dinamo" məni futbolçu kimi çox böyütdü"

"Bu gün ilk hissədə qol epizodlarımız olmasa da, topla oynamağa çalışırdıq. İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma gedək. Nəticəyə görə üzülürəm. Çünki, bu gün nəinki 1 xala, hətta 3 xala da layiq idik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avro-2024-ün seçmə mərhələsində Bakıda AVstriyaya uduzduqları (0:1) oyun haqda danışarkən deyib.
 
Zaqreb "Dinamo"sunda çıxış edən futbolçu meydana daxil olarkən azarkeşlərim arasında coşqu yaranmasına da münasibət bildirib: "Təbiidir, evdə oynayırdıq. Daha çox vaxt olsaydı, bəlkə nəsə etmək olardı. Artıq olub bitdi. Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə olacağını gözləyirdilər. Ümid edirəm ki, gələcəkdə mənə inanan hər kəsin ümidlərini doğruldacağam".
 
M.Emreli baş məşqçinin ona az şans verməsinə də toxunub: "Klub başqa, milli başqadır. Kluba gedəndə burada baş verənləri unudursan. Məşqçinin öz fikridir. Bu sualların cavabını o daha yaxşı bilər. Bu gün ölkə xaricində oynayan futbolçuların çox olması müsbət məqamdır. Bir dostum var. Deyir ki, arzu edirəm ki, millimizin bütün futbolçuları toplanışa xaricdən gəlsinlər".
 
M.Emreli "Müstəqillik tarixinin ən yaxşı heyətinə malik millimiz hansı formada nəticə qazana bilər?" sualını da davablandırıb: "Bu heyətlə 4-5 ildir oynayırıq. Lüksemburq millisinə baxın. Neçə illərdir bir yerdə oynayırlar. Bu gün artıq seçmə mərhələni keçməyə yaxındırlar. Portuqaliyaya məğlub olublar, amma komanda futbol oynayır. Taktiki məqamlar baş məşqçilərin verəcəyi qərardır. Hamı görür ki, heyət necə olanda komanda necə oynayır".
 
27 yaşlı hücumçu son vaxtlar "Dinamo"da daha çox şans qazanması ilə bağlı da fikirlərini bildirib: "Keçən il baş məşqçi ilə problemlər yaşayırdım. İstər-istəməz bu, meydanda da görünürdü. Bu il nisbətən yaxşıdır. Baş məşqçi nə qədər çox güvənsə, futbolçu bir o qədər canla-başla oynayacaq. Son oyunların çoxuna əsas heyətdə çıxmışam. Komandama fayda verməyə çalışıram. "Dinamo" məni futbolçu kimi çox böyütdü, formalaşmağımda köməyi çox oldu. Böyük futbolçularla oynamaq, məşq etmək adama fayda verir. Fərqi hiss edə bilirsən. "Dinamo"nun böyüklüyü hamıya məlumdur. Komandamız TOP Liqadakı bir çox klublardan zəif deyil".
 
Mahir Emreli özündən sonra ölkə xaricə gedən futbolçuların sayının artması ilə bağlı isə deyib:"Bu barədə heç vaxt düşünməmişəm. Əgər az da olsa fayda verə bilmişəmsə, buna görə çox şadam. "Dinamo"da ötən il çox çətin mövsüm keçirdim. Neynəyim? Başımı aşağı salıb hər şeydən vaz keçəsi deyiləm. Çalışmalıyıq. Bu məsələdə deyirəm ki, "Dinamo" məni çox böyütdü".
 
M.Emreli legioner həyatı yaşamağın çətin olduğunu, ancaq buna öyrəndiyini bildirib: "Çətinliklər var. Bəzən tək olmaq çətindir. Dil baxımından çətinliyim olmadığı üçün adaptasiya dövrünü rahat keçirəm. Ürəyim istəyəndə ailəm yanıma gələ bilir. Hər şeyin öhdəsindən gəlmək olar. Baxır qarşına qoyduğun məqsəd nədir. Ona doğru irəliləmək lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30