29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Elşad Nəsirov: “Penalti olmasaydı, millimiz uduzmayacaqdı”

“UNUTMAYAQ Kİ, MİLLİ VƏ KLUB MƏŞQÇİLƏRİNİN İŞİ TAM FƏRQLİDİR”

“Avstriya millisi stabil olaraq Avropa və dünya çempionatlarında çıxış edir. Buna baxmayaraq, millimiz güclü rəqibə qarşı yaxşı oyun sərgilədi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri AFFA-nın vitse-prezidenti Elşad Nəsirov millimizin AVRO-2024-ün seçmə mərhələsində Bakıda Avstriyaya 0:1 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.

Assosiasiya rəsmisi matçın taleyini penaltinin həll etdiyini təəssüflə qeyd edib: “Hiss olunurdu ki, komandamızda özünəinam var. Estoniya üzərində qələbədən sonra futbolçular bu matçda da uğur qazanmaq istəyirdilər. Təəssüf ki, ani diqqətsizlik buna imkan vermədi. Penalti olmasaydı, millimiz Avstriyaya uduzmayacaqdı”.

E.Nəsirov seçmə mərhələsinin sonunda müqaviləsi başa çatacaq millimizin baş məşqçisi Canni de Byaznin gələcək taleyi barədə sualı belə cavablandırıb: “Seçmə mərhələnin sonuna 2 tur qalıb. İndidən de Byazinin yığmada qalıb-qalmayacağı barədə danışmaq üçün tezdir. Bilirsiz, məşqçi dəyişmək uğura təminat vermir. Bəzən müxtəlif fikirlər səslənir. Amma unutmayaq ki, milli və klub məşqçilərinin işi tam fərqlidir. Çünki klubda baş məşqçi istədiyi futbolçunu sərəncamında görə bilər. Amma yığmada çalışanların belə bir imkanı olmur. Sən yalnız əlindəki futbolçularla işləməlisən”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30