29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

De Byazinin inancı

VƏ YA ÜMİD EMİN MAHMUDOVADIR

Bəzi məşqçilərin xüsusi inancları olur. Kimisi qazona sağ ayağı ilə daxil olur, kimisə hər hansı bir başqa ritualı yerinə yetirir. Elə məşqçilər var ki, komanda oyuna yollanarkən avtobusda tək səbir gətirən şəxsə az qalır yalvarsın ki, “sən Allah, ikincini də gətir”...

Bu baxımdan Azərbaycan futbolunda 1 nömrəli nümunə Əsgər Abdullayevin qəhvəyi gödəkçəsidir desək, yanılmarıq. Təcrübəli mütəxəssis “Bakı”da, AZAL-da çalışdığı illərdə hətta isti havalarda belə ən vacib oyunlara məhz həmin gödəkçə ilə çıxırdı.

Müşahidəmizə əsasən deyə bilərik ki, milli komandamızın baş məşqçisi Canni De Byazinin də xüsusi inancı var. Belə ki, italiyalı mütəxəssis oyunqabağı mətbuat konfranslarına kapitan Emin Mahmudovla birgə gəlməyə üstünlük verir. Bu halda italiyalı mütəxəssis ertəsi günü qələbəyə sevinir.

De Byazinin bu “inancı” ötən ilin sentyabrında yaranıb. 21.09.2022 tarixində Slovakiya ilə oyundan öncə De Byazinin yanında mətbuat konfransında Emin Mahmudov əyləşmişdi. Növbəti günü yığmamız çoxlarının gözləmədiyi halda səfərdə Slovakiyaya qalib gəldi - 2:1. Eminin ayağının düşərli olmasına inanan italiyalı mütəxəssis 3 gün sonra Bakıda Qazaxıstana qarşı keçiriləcək matçdan öncə də mətbuat konfransında Mahmudovla yanaşı əyləşmişdi. De Byazinin totemi özünü doğrultdu. Ertəsi günü millimiz qazaxları 3 cavabsız qolla məyus yola saldı.

Təxminən 20 gün sonra millimiz yoxlama oyununda Moldova ilə səfərdə üz-üzə gələcəkdi. Bir gün öncə təşkil olunan mətbuat konfransında De Byazinin yanında yenə tərcüməçi ilə yanaşı, Emin Mahmudov əyləşmişdi. Nəticədə millimiz bu dəfə də qələbəyə sevindi - 2:1. 4 gün sonra “ssenari” davam etdi. Millimizin Şimali Makedoniya ilə oyunundan öncə təşkil olunan mətbuat konfransında De Byazi-Mahmudov tandemi və yenə qələbə (3:1).

Millimizin baş məşqçisinin bu “uğurlu seriyası” Avstriyada qırıldı. AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə oyundan bir gün öncə De Byazi mətbuat konfransına yenə də, ardıcıl beşinci dəfə Emin Mahmudovla birgə gəlmişdi. Gəl ki, bu dəfə De Byazinin inancı da millimizi məğlubiyyətdən xilas edə bilmədi - 1:4.

Uğurlu seriyasının qırıldığı görən De Byazi İsveçlə matçdan öncə təşkilat olunan mətbuat konfransına Bəhlul Mustafazadə ilə gəldi. Gəl ki, müdafiəçinin ayağı düşərli olmadı. İsveç Azərbaycan millisini Avstriyadan da pis günə qoydu - 5:0.

Hər uduzulan oyundan sonra De Byazi növbəti matçdan bir gün öncəki mətbuat konfransına fərqli futbolçu ilə gəlirdi. Bakıda Estoniyaya qarşı keçirilən matçdan öncə De Byazinin yanında Mahir Emreli, ötən ay Belçika ilə matçdan öncə isə Coşqun Diniyev yer almışdı. Lakin bu futbolçuların heç biri De Byazinin “ümidlərini doğrultmadı”. Yekunda millimizin baş məşqçisi yenə də əlacı Emin Mahmudovda gördü. Sentyabrın 11-də Bakıda İordaniyaya qarşı keçiriləcək yoxlama matçından 1 gün öncə təşkil olunan mətbuat konfransında yenə də De Byazinin yanında Emin Mahmudov oturmuşdu. Və növbəti gün Azərbaycan millisi ardıcıl uğursuz oyunlar seriyasına son qoyaraq asiyalıları məğlub etdi. Mahmudovun ayağının düşərli olması Estoniyada da sübuta yetirildi. Belə ki, De Byazi Tallində də oyunöncəsi mətbuat konfransına məhz Emin Mahmudovun qatılmasını istəmişdi. İtaliyalının “gedişi” yenidən özünü doğrultdu.

Sabah millimiz AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gələcək. Bu gün 18:30-da De Byazi mətbuat önünə çıxacaq. Ehtimalımıza görə, De Byazi inancına sadiq qalaraq bu dəfə də mətbuat konfransına məhz millinin kapitanı ilə birgə təşrif buyuracaq, ardıcıl üçüncü dəfə. Görəsən, De Byazi-Emin Mahmudov tandeminin uğurlu seriyası bu dəfə də Avstriya ilə matçda qırılacaqmı?

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30