29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Aftandil Hacıyev: "Bu turnir futbolçularımıza böyük fayda verə bilər"

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Hekken” (İsveç) - “Qarabağ” oyununa (0:1) yollanan Ağdam təmsilçisinin nümayəndə heyəti arasında klubun futbol akademiysının koordinatoru Aftandil Hacıyev də olub.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, mütəxəssis Hoteborq şəhərində işgüzar görüşlər keçirib.
 
O, “Hekken” klubunun bazasında olub, akademiyanın rəhbərliyi, məşqçiləri, həmçinin məşhur “Gothia Cup” turnirinin təşkilatçıları ilə görüşüb.
 
Təcrübəli mütəxəssis “Gothia Cup” turnirinin direktoru Niklas Andersson və akademiyanın baş məşqçisi Anders Uarnberqin iştirak etdiyi görüşlərin səmərəli olduğunu bildirib: “Əsas məqsədimiz “Gothia Cup” turniri barədə məlumat toplamaq idi. Bunu Bakıda klub rəhbərliyi ilə müzakirə edəcəyik. Gələcəkdə iştirakçılar sırasına qoşulmaq niyyətimiz var. Təklif olunan paketi müzakirə etdikdən sonra iştirakla bağlı qərar veriləcək. Gələcəkdə bir neçə yaş qrupumuzun burada iştirakı planlaşdırılır”.
 
“Hekken” klubunun təşkilatçılığı ilə 1975-ci ildən keçirilən “Gothia Cup” yeniyetmələrin dünya kuboku kimi tanınır. Hacıyev 11-19 yaş arası oğlan və qızlardan ibarət 1800-ə yaxın komandanın mübarizə apardığı turnirə qatılmanın faydasını vurğulayıb: “Turnirin keyfiyyəti və reytinqi çox yüksəkdir. Buradakı iştirakçılar müxtəlif ölkələrdən təşrif buyurur. 110 meydançada müxtəlif yaş qruplarından olan 1800-ə yaxın komanda mübarizə aparır. “Gothia Cup”a qatılsaq, bu, Azərbaycan akademiyaları arasında bir ilk olar. Bu turnir bizim futbolçularımıza çox fayda verə bilər. Çox istərdik ki oyunçularımız belə bir yarışda təcrübə qazansınlar”.
 
A.Hacıyev İsveç klubu ilə başlayacağı gözlənilən əməkdaşlığın daha da genişlənmə perspektivini də qeyd edib: “Görüşdə futbol baxımından çox önəmli olan bir sıra digər mövzulara da toxunuldu. Akademiyanın iş prinsipi ilə tanış olanda bəzi yeniliklər də gördük. Bu təcrübədən faydalana bilərik. “Hekken”lə gələcək əməkdaşlıq barədə düşünəcəyik. Bu, “Gothia Cup” ilə başlayacaq. Sonra bir neçə futbolçunun skautlar tərəfindən izlənilməsi də mümkündür. Akademiyanın məşqçiləri ilə də görüşdük. Gələcəkdə onların təcrübəsindən faydalanmaq mümkündür”.
 
Qeyd edək ki, Xabi Alonso, Emmanuel Adebayor, Julio Baptista, Yassin Bunu, Zlatan İbrahimoviç, Alan Şirer, Andrea Pirlo, Ze Roberto kimi ulduzlar vaxtilə “Gothia Cup” turnirinin iştirakçısı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30