29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Bizdən milliyə futbolçu gedirsə, bu, sadəcə olaraq qürurvericidir”

“Səbail”in baş məşqçisi Şahin Diniyev komandasının üzvlərinin milliyə dəvət almasına münasibət bildirib.

Futbolxeber.az saytına müsahibəsində o, Səlahət Ağayev və Yusif Nəbiyev yığmamızın heyətinə çağırılmasının qürurverici olduğunu söyləyib: “Səlahət Ağayevin milliyə dəvət alması bizim üçün böyük şərəfdir. Onun millinin heyətində olması olduqca yaxşıdır. Eyni sözləri Yusif barədə də deyə bilərəm. Millinin baş məşqçi kimin orada oynamağa layiq olduğunu daha yaxşı bilir. Bizdən futbolçu gedirsə, bu, sadəcə olaraq qürurvericidir”.

“Şahin Diniyev futbolçularından daha kimləri milliyə layiq görür?” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Dediyim kimi, bu seçim yalnız millinin baş məşqçisinin səlahiyyətindədir. Onlar kimin seçilib-seçilməyəcəyinə qərar verir”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30