29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Novruz Əzimov: “Əksər futbolçularımız 90 dəqiqə oynamağa hazır deyillər”

“Maraqlı oyun alındı. “Kürmük Qax” mövsümün startından xal qazana bilməsə də, oyunu və mübarizəsi ilə xoşuma gəldi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Dinamo”nun baş məşqçisi Novruz Əzimov II Liqanın VI turunda “Kürmük Qax”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Qələbəyə baxmayaraq, Əzimov futbolçularından tam razı qalmayıb: “Rəqib autsayder təsiri bağışlamadı. İnanırma ki, növbəıti oyunlarda xal və xallar qazanacaqlar. Bizim futbolçulara gəldikdə isə, bacardıqlarından daha zəif təsir bağışladılar. Lakin indiki məqamda vacib olan qələbə idi, buna da nail olduq. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyik”.

Əvvəlki 2 turda “Dinamo” hesabda öndə olmasına baxmayaraq, son dəqiqələrdə buraxdığı qollarla 3:4 hesabı ilə uduzub. Baş məşqçi bunu 2 amillə izah edib: “Arxayınçılıq və yorğunçuluq. Məhz bu 2 səbəbdən də əvvəlki 2 turda sonda buraxdığımız qollarla uduzduq. Əksər futbolçularımız 90 dəqiqə oynamağa hazır deyillər. Bu da hazırlığa gec başlamağımızdan irəli gəlir. Bilirsiniz ki, mövsümün hazırlıqlarına çempionatın startına 15-20 gün qalmış start verdik. Buna baxmayaraq, dayanmadan çalışırıq. Əlimizdən gələni edirik ki, komandanı ən qısa zamanda da daha da yaxşı duruma gətirək”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30