29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Rəqəmlər də deyir - “Neftçi” irəli yox, geri gedir

VƏ YA ÖZ GƏTİRDİYİ LEGİONERLƏRƏ GÜVƏNMƏYƏN MUTU

Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”a uduzan (0:2) “Neftçi” ilk dövrəni 5-ci pillədə başa vurdu. Təbii ki, bu, “ağ-qaralar” üçün uğursuz nəticədir. Son 2 gündə sosial şəbəkələrdə aparılan müzakirələr də flaqmanın mövsümə uğursuz start verməsi yönündədir.

Yayda ciddi dəyişikliklərə uğrayan “Neftçi”yə ümidlər böyük idi. Gəl ki, ilk dövrə komandaya bəslənən ümidlərin əbəs olduğunu göstərdi. Flaqman ötən mövsümlə müqayisədə nəinki irəli gedib, hətta geriləyib. Bunu təkcə biz yox, rəqəmlər də deyir. Hazırda “Neftçi” 9 turdan sonra 12 xal toplayıb. Komandanın nəticələri oyun sayına uyğun bərabər bölünüb - 3 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət. Elə vurulan və buraxılan qolların da sayı bərabərdir - 7:7.

Halbuki ötən mövsüm “Neftçi” ilk 9 turda indikindən 2 dəfə çox - 6 qələbə qazanmışdı. 2 dəfə uduzan “ağ-qaralar” 1 dəfə də meydandan heç-heçə ilə ayrılmışdı həmin vaxt. Ötən mövsüm 9 turdan sonra paytaxt klubunun vurduğu qolların sayı indikindən təxminən 2,5 dəfə çox idi - 17 qol. Subyektiv fikrimizi bir kənara qoysaq, rəqəmlər belə “Neftçi”nin geri getdiyinin sübutudur.

Bəs bu uğursuzluğa səbəb nədir? Axı yayda klub transferlərə milyonlar xərclədi. Heyətə 11 yeni futbolçu cəlb olundu - 8 legioner və 3 yerli futbolçu (milliləşdirilmiş Ozobiç də daxil olmaqla). Əgər maddi baxımından sıxıntı yaşamayan komanda heyətini 11 yeni futbolçu ilə gücləndirib uğur qazana bilmirsə, deməli, problem baş məşqçidədir. Görünən odur ki, Adrian Mutu vəzifəsinin öhdəsindən gələ bilmir. Əslində bu, gözlənilən idi. Bu günə qədər məşqçi kimi heç bir uğuru olmayan Mutunun təyinatı riskli hesab olunurdu. Geridə qalan 9 tur riskin özünü doğrultmadığını göstərdi. Nəticə bir kənara, “Neftçi” də oyun da yoxdur. Amma rumın mütəxəssis hər məğlubiyyətdən sonra vaxta ehtiyac duyduğunu bildirir. Bu isə bəhanədən başqa bir şey deyil. Bu gün turnir cədvəlində “Neftçi”dən daha yuxarıda qərarlaşan və oyunu ilə çoxlarının könlünü oxşayan “Araz-Naxçıvan”ın çıxışı “zaman söhbəti”nin yalnız uğursuzların bəhanəsi olduğunu sübut edir. Azər Bağırov komandasını çempionatın startına 15-20 gün qalmış bir araya gətirdi. Gəl ki, Naxçıvan təmsilçisi Mutunun “Neftçi”sindən daha inamlı təsir bağışlayır.

“Qarabağ”la oyun “Neftçi” üçün ən prinsipial qarşılaşmalardan biri hesab olunur. Əzəli rəqiblə görüşdə Mutunun meydana start heyətində buraxdığı 11 futbolçudan yalnız üçü bu yay komandaya cəlb olunanlar idi. Start heyətində hücum xəttində İqor Boqomolski meydana çıxacaqdısa, milyonlar xərcləyib Lukas Melano, Aaron Olanare və Andre Şinyaşiki kimi hücumçular niyə alınıb? Autsayder “Kəpəz”ə qarşı oynamaq üçün?

Bir də rumın məşqçi tez-tez gələcəyin komandasını qurduğunu iddia edir. Gəl ki, transfer etdiyi futbolçuların Şinyaşiki xaric heç birinin yaşı 30-dan aşağı deyil. 30 yaşlı futbolçularla gələcəyin komandası?

Uzun sözün qısası, görünən odur ki, “Neftçi”də vəziyyət ürəkaçan deyil. İlk dövrədə turnir cədvəlində özündən yuxarıda qərarlaşan 4 komandadan heç birini, eləcə də “Sabah”ı məğlub edə bilməyən “ağ-qaralar”ın qarşıdakı dövrələrdə möcüzə yaradacağı inandırıcı deyil. Hələ nəzərə almaq lazımdır ki, ötən mövsümlə müqayisədə Azəraycan Premyer Liqasında mübarizə daha da gərginləşib. Bu halda “Neftçi” üçün ümidverici nəsə görünmür. Nəhs gətirmək kimi çıxmasın, indiki gedişat bu mövsüm “Neftçi”nin çempionluq bir yana, avrokuboklara yollanmasının çətin olduğunu göstərir. Avrokuboklardan kənarda qalmaq isə fiasko olar...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30