29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Qurban Qurbanov Ramil Şeydayevin gedişindən danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ramil Şeydayevin komandadan gedişini təsdiqləyib.

Futbolxeber.az saytının məlumatına görə, o, çempionluq kubokunun təqdimolunma mərasimində jurnalistlərə açıqlamasında bu barədə danışıb:

"Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, amma Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandada da onunla bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür etdik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan biri vidalaşdıq. İkimiz də duyğulandıq".

Qeyd edək ki, Ramil Şeydayevin Tailandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30