29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Samir Abasov: “Otur rahat oyununa bax, nə olar olar...”

“Rəqibi təbrik edirəm. Açığı, “Qarabağ”la oyundan sonra bizim üçün hər şey bitmişdi. Çempionatdakı yerimizi təmin etmişdik. Bu səbəbdən də “Zirə” ilə matça stressiz, rahat çıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının son turunda “Zirə”ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Təcrübəli mütəxəssis futbolçularının bu matça lazımi qədər köklənmədiklərini qeyd edib: “Futbolçuları bu cür matçlara kökləmək çətindi. Nə qədər danışsan da, matçın gedişində rahatçılıq olduğu görünürdü. Bu da başadüşüləndi. Premyer Liqada qalmağımıza görə bizə təbrik düşüb, düşmədiyini deyə bilmərəm. Amma son oyunlarda futbolçular çox əziyyət çəkdilər”.

“Sumqayıt”ın çalışdırıcısı əvvəlki qarşılaşmalardan fərqli olaraq bu dəfə ehtiyat oyunçular skamyasında sakit oturmasına belə münasibət bildirib: “Açığı, belə vəziyyət xoş deyildi. Çünki bilmirsən ki, futbolçunu oyuna necə kökləyəsən. Hayıf deyil gərginlik (gülür). Belə oynadığın oyundan sonra futbolçulara nə deyəcəyini də bilmirsən. Qınanılası bir şey də yoxdur. Bir tərəfdən də düşünürsən ki, cansağlığı baxımından bundan yaxşı şey yoxdur. Otur rahat oyununa bax, nə olar olar. Təki bütün matçlarımız gərgin keçsin”.

Abasov Sumqayıtın daha yaxşı komandaya layiq olduğunu vurğulayıb: “Qalan futbolçularla işimiz çoxdur. Gedəcək futbolçulara isə uğurlar arzulayıram. “Qarabağ”la oyundan sonra gələcək planlarımızın üzərində işləməyə başlamışıq. Məncə, bu şəhər daha yaxşı yerlərə, daha yaxşı futbola layiqdir. İnanıram ki, növbəti mövsüm fərqli olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30