29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Samir Abasov: “Öz hesabımıza Premyer Liqada qaldıq”

“Komandamı təbrik edirəm. Çox şadam ki, bu gün “Qarabağ” üzərində qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Qarabağ”ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, paralel keçən digər matçların da komandası üçün əhəmiyyət daşıdığını bildirib: “Premyer Liqada qalmaq baxımından bu gün təkcə öz oyunumuzun deyil, digər matçların da nəticələri bizim üçün əhəmiyyətli idi. Ancaq çox xoşdur ki, öz hesabımıza Premyer Liqada qaldıq. “Qarabağ”ı məğlub etməklə yerimizi qoruduq”.

Abasov komandasının qarşıya qoyulan məqsədə çatdığını bildirib: “Qarşıda bir matçımız qaldı. Mövsümün son oyununa da ciddi hazırlaşacağıq. Yalnız həmin matçdan sonra yeni mövsümün planları barədə düşünmək olar. Komandaya gələrkənb qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaq idi. Buna da nail olduq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30