30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Ayxan Abbasov: “Qarabağ”a qarşı hücumda oynasan...”

Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Evdə, azarkeşlərimiz önündə oynayırdıq

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”la oyundan sonra deyib. 

O, komandasının 2:3 hesablı məğlub olduğu matçı belə şərh edib:“Məncə, maraqlı oyun oldu. Yəqin ki, azarkeşlər də meydandakı futboldan zövq ala bildilər. Təbii ki, sonda buraxdığımız qol, diqqətsizlik pis təsir edir. Amma ümumilikdə futbolçularımdan razı qaldım. Bu tempi saxlamaq vacibdir. Qardaşı bizi çox çətin mübarizə gözləyir. Rəqibə isə uğurlar arzulayıram”.

Ayxan Abbasov yeni transferlərin komandaya günü-gündən daha çox uyğunlaşdıqlarını bildirib: “Denis Marandiçi bizimlə birgə təlim-məşq toplanışında olub. Komandaya uyğunlaşdığı hiss olunur. Sadəcə oyun praktikasının azlığından əziyyət çəkdiyi üçün hələ ki 90 dəqiqə meydanda tam gücü ilə mübarizə aparmağa hazır deyil. Bu gün, məncə, ən yaxşılardan idi. Belajdi Pusi 1 həftədi komandaya qoşulub. Lakin bu gün ona da şans verdik ki, çempionatımızı hiss etsin. Komandada rəqabət olmalıdır”. 

Mütəxəssis müdafiədəki boşluqlarla, arxa xətt oyunçularının diqqətsizliyi ilə bağlı sualı belə cavablandırıb: “Qışa qədər ən yaxşı cəhətlərimizdən biri o idi ki, standart vəıziyyətlərdə yaxşı oynayıdıq. Lakin bu gün təəəsüf ki, rəqib hər 3 qolu başla vurdu. Demək ki, daha çox işləməliyik, daha çox çalışmalıyıq. Həmçinin, bəzi futbolçiularımız daha diqqətli olmalıdırlar. “Qarabağ”a qarşı hücumda oynasan, müdafiədə belə səhvlər olacaq. Gələcək üçün, inkişaf üçün bəzi risklərə getməliyik. Komandada rəqabət var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30