29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Jan-Şarl Kastelletto: “Qarabağ” öz meydanında qalib gəlmək çox çətindir”

"Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu".

Futbolxeber.az saytının məlumatına görə, bunu Fransa "Nant"ının futbolçusu Jan-Şarl Kastelletto Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Kamerunlu müdafiəçi ikinci yarıya yaxşı başlamadıqlarını bildirib: "Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik".

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30