29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Basketbol

Türkiyəli məşqçi: “Sabah”a qarşı oynamaq çətin olacaq”

“Sabah”a qarşı oynamaq çətin olacaq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Xırdalan”ın baş məşqçisi Uğur Özdəmir “Sabah”a qarşı keçiriləcək Azərbaycan Basketbol Liqasının XII tur oyunu ilə bağlı danışarkən deyib.
 
Komandasının hazırkı durumunu dəyərləndirən 32 yaşlı türkiyəli mütəxəssis “Sabah”la görüşün sərt alınacağını düşünür: “Sumqayıt”la matça qədər gərgin hazırlıq dönəmindən keçdiyimiz üçün axırıncı qələbədən sonra komandama iki gün istirahət vermişdim. Qısa zaman olmasına baxmayaraq, bunu yetərli saya bilərik. “Sabah” avrokuboklarda oynadığı üçün hücumda və müdafiədə çox sərt komandadır. İlk görüşümüz də sərt şəkildə keçmişdi. Bunu nəzərə alıb komandanı ona uyğun hazırlamışam. Hazırda heyətlə bağlı heç bir problem yoxdur və “Sabah”la qarşılaşmada qələbəni hədəfləmişik”.
 
Qeyd edək ki, yanvarın 24-də keçiriləcək “Sabah” – “Xırdalan” oyunu saat 19:30-da başlayacaq. Hazırda “Sabah” 21 xalla turnir cədvəlinə başçılıq edir, “Xırdalan” isə 17 xalla beşinci pillədə qərarlaşıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30