29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Musa "Yurqorden"in gənclər komandasında qol vurub

Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində oyuna çıxıb.
 
Futbolxeber.az-ın İsveç klubunun saytına istinadən verdiyi məlumata görə, gənclərdən ibarət komanda Elit Liqanın kuboku matçında "Norççepinq"dən olan həmyaşıdlarını qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
 
Bütün 90 dəqiqəni meydanda olan M.Qurbanlı 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub. "Yurqorden"in saytı Musanın penaltini soyuqqanlı şəkildə yerinə yetirdiyini yazıb. Musanın sonra da qol vurmaq şansı olsa da, rəqib qapıçı onun zərbələrinin qarşısını ala bilib. 
 
Xatırladaq ki, aprelin 14-də “Yurqorden”in əsas komandası İsveç çempionatının 3-cü turunda “Sirius”la qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Musanın adı bu oyunun iştirakçıları sırasına daxil edilməyib. “Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf bunu komandadakı rəqabətlə əlaqələndirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30