18 Yanvar 2026, Bazar günü
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Digər idman növləri

Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirib

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.

Futbolxeber.az saytının AVF-yə istinadən verdiyi məlumata görə, "Seçim günü" çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində həyata keçirilib.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol Klublarında məşq edən 2012-2013-cü il təvəllüdlü qız voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.

Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti "Seçim günü" yanvarın 24-də Gəncədə keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31