18 Yanvar 2026, Bazar günü
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Xarici futbol

“Fənərbaxça”dan nümunəvi addım atıb

Türkiyənin “Fənərbaxça” klubu sosial məsuliyyət layihəsinə start verib.

Futbolxeber.az saytının məlumatına görə, “Gələcəyə ümid” adlı proqram çərçivəsində əsas komandanın futbolçularının maaşının 1 faizi aztəminatlı ailələrdən olan uşaqlara yardım məqsədilə ayrılacaq.

İstanbul təmsilçisi bu barədə rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb. Klub eyni zamanda transfer siyasətində də sərt mövqe nümayiş etdirib. Belə ki, sözügedən layihəni dəstəkləməyən və maaşından 1 faiz ayırmağa razı olmayan futbolçularla danışıqlar aparılmayacaq. Proqramın hazırkı heyətə şamil olunub-olunmayacağı isə hələlik açıqlanmayıb.

"Fotomaç"ın məlumatına görə, bir sıra futbolçular artıq təşəbbüsə açıq dəstək veriblər. Matteo Genduzi, Ederson, Marko Asensio, Milan Şkrinyar, Talişka, Kərəm Aktürkoğlu, Edson Alvares, Nelson Semedu, Fred və Arçi Braun klubun bəyanatını sosial şəbəkələrdə paylaşıblar.

Klubun açıqlamasında bildirilib ki, layihə idman direktoru Devin Ozekin ideyası əsasında hazırlanıb və “Fənərbaxça”nın dəyərlərini əks etdirən davamlı sosial məsuliyyət modeli kimi həyata keçiriləcək. Proqram Ozekin anası Korneliya Ozekin xatirəsinə həsr olunub.

“Fənərbaxça”nın açıqlamasında vurğulayıb ki, klub üçün uğur təkcə qazanılan kuboklarla deyil, insan həyatına qatılan dəyərlə ölçülür.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31