18 Yanvar 2026, Bazar günü
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət

Digər idman növləri

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib

Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib.
 
Futbolxeber.az saytına Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, yarış AKAF ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında baş tutub.
 
Bakı bulvarında AKAF-nin binasının qarşısında təşkil olunan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışıblar.
 
Avarçəkənlər kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən açıq Bakı çempionatında qalib gələn idmançılar medal və diplomla mükafatlandırılıblar.
 
Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkədaxili yarışların təşkil edilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, gələcəkdə onlar arasından peşəkar idmançı yetişdirməkdir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31