29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Nicat Abasov: "İddiaçılar Turniri karyeramın ən önəmli yarışıdır"

“İddiaçılar Turnirində sürpriz iştirakçı kimi göstərilsəm də, rəqiblər qarşısında psixoloji üstünlüyüm var. Çünki üzərimdə böyük təzyiq yoxdur. Bəlkə də bu və oyundan zövq almaq mənim əsas strategiyamdır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan qrossmeysteri Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turniri barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
 
28 yaşlı şahmatçı bu yarışa vəsiqə qazanmasını karyerasının ən böyük uğuru adlandırıb: “Bunadək bir çox səviyyəli turnirdə iştirak etmişəm. Hətta qələbələrim də olub. Amma İddiaçılar Turniri başqa səviyyədir. Bu, tamamilə elit yarışdır. Mən belə turnirlərdə tez-tez oynamıram. Rəqiblərimin reytinqi məndən yüksəkdir. Dünya çempionluğu uğrunda oynamadığım üçün hazırda İddiaçılar Turniri karyeramın ən önəmli yarışıdır”.
 
N.Abasov yarışda gözəl gedişlərlə onu izləyən və dəstəkləyən azarkeşləri xoşbəxt etmək istədiyini vurğulayıb: “Burada olduğum üçün sevincliyəm. Dediyim kimi, heç bir təzyiq hiss etmirəm. İlk dəfədir Torontoda oluram. Hər andan zövq almağa çalışıram”.
 
Qeyd edək ki, hazırda aktivində 1,5 xalı olan Nicat Abasov Hikaru Nakamura (ABŞ), Əlireza Firuzca (Fransa) və Vidit Santoş Qucrati (Hindistan) ilə birlikdə 5-8-ci yerləri bölüşdürür. İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30