1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Müdafiə Nazirliyi: “Cəbhə boyu əməliyyat və hərbi üstünlüyümüz davam edir”

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlüyün ordumuzun tərəfində olduğunu bildirib.

Futbolxeber.az saytının Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, V.Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Ordumuzun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumatın yalan olduğunu, heç bir əsası olmadığını vurğulayıb. V.Dərgahlı qeyd edib ki, bu, növbəti dezinformasiyadır.

"Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu, danılmaz bir faktdır.

Hazırda bütün cəbhə boyu, o cümlədən, cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır", - deyə V.Dərgahlı vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31