17 May 2024, Cümə
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Ölkə futbolu

“Zirə”nin yarımmüdafiəçisi: “Hakimlərə etiraz etməyimiz normaldır”

“Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimlinin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 32-ci turunda öz meydanınızda “Araz-Naxçıvan”a uduzdunuz. 0:1 hesablı yenilgiyə səbəb nə oldu?

- Matç olduqca gərgin keçdi. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Hamı bilirdi ki, qalib gəlməklə 2-ci yerə yüksələcəkdik. Fərqlənmək üçün xeyli şanslarımız olsa da, yararlana bilmədik. İnanıram ki, növbəti oyunlarda bu fürsətləri dəyərləndirəcəyik.

- Qeyd etdiyiniz kimi, qələbə ilə 2-ci yeri yüksələ bilərdiniz. Amma matçda nəinki qələbə qazandınız, heç qol da vura bilmədiniz. Fərqlənməyə nə mane oldu?

- Qələbə qazanmaq üçün hər şey etdik. Xüsusilə, bəzi epizodlarda "Araz-Naxçıvan"ın qapıçısı baxımlı oyun sərgiləyərək qol vurmağımıza mane oldu. Qələbə qazanmasaq da, xal baxımından rəqiblərimizə çox yaxın pillədə qərarlaşmışıq. Qarşıdakı hər turda bizə qələbə lazımdır.

- Növbəti turda səfərdə "Turan Tovuz"la qarşılaşacaqsınız. Bu oyundan gözləntiləriniz nədir?

- Bundan sonra Azərbaycan Premyer Liqasının qalan turlarındakı hədəflərimiz məlumdur. Yalnız qələbə qazanmalıyıq. Tovuzdan 3 xalla qayıtmalıyıq.

- "Zirə" çempionatdan avrokuboklara vəsiqə qazana biləcək, yoxsa əsas hədəf kuboku qazanmaqdır?

- Komanda olaraq həmişə maksimum üçün çalışırıq. Hədəfimiz final oynamaq və Premyer Liqada gümüş medalları qazanmaq istəyirdik. Artıq bir hədəfin öhdəsindən gəlmişik. İndi də ikinci məqsədimizə çatmalıyıq. Bununla belə, bir neçə komanda ikinci pilləyə can atır. Rəqiblərimiz kifayət qədər güclüdür. Məncə, bu marafon son tura qədər davam edəcək.

- Bəzi epizodlarda hakimliklə bağlı narazılıqlar olurdu. “Araz-Naxçıvan”a məğlubiyyətdə hakimliyin nə dərəcədə rolu oldu?

- Məğlubiyyətə baxmayaraq, hakimlərlə bağlı ciddi narazılığım yoxdur. Oyunun gedişatı, gərginliyi belə hadisələrə səbəb olur. Biz də gərgin ola bilərik, hakimlər də.  Etiraz etməyimiz normaldır. İdarəçilik baxımından bir problem olduğunu düşünmürəm.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31