28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Futzal

Millimizin üzvü: “Müharibə” olacaq”

“Əlbəttə, Bakıdakı oyunun o cür olmasını istəməzdik. Amma sabah daha bir vacib sınağımız var. Hər şeyimizi meydanda qoyacağıq. Allah da bizim tərəfimizdə olacaq, inanıram".

Fubtolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın futzal millisinin üzvü Eduardo Borges DÇ-2024-ün elit-raund mərhələsində Qazaxıstanla oyun öncəsi Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

"Qazaxıstanla ilk oyunumuzu yenidən analiz etdik. Demək olar, qolların hamısını hədiyyə etdik. Bəzi epizodlarda anlaşılmazlıq oldu və ya ötürmələrdə səhvə yol verdik. Amma üçüncü qolda hakimin qərarı anlaşılmaz oldu. Oyunu saxlamaq üçün fit verdi, mən də topu ayağımda saxladım, bu zaman rəqib futzalçı topu məndən götürdu və qol vurdu. Halbuki fitdən sonra oyun dayandırılmalı idi ki, mən də onu etdim. Rəqib də fair-play-ə əməl etmədi. Üstəlik, Felipinyoya qarşı qayda pozuntusu zamanı rəqib qapısına penalti təyin olunmadı. Elə də Bastosa qarşı.. Niyəsə hakimin fiti susdu. Təbii ki, bunlar bizi oyuna daha yaxşı köklənməyə vadar edir. Rəqib meydanında oynayacaq olsaq da, bura müsbət nəticə qazanmaq üçün gəlmişik. Bir sözlə, sabah “müharibə” olacaq. Heç bir halda güzəşt olmayacaq. Nəfəsimizin sonuna qədər mübarizəmizdən dönməyəcəyik”, - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30