28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Futzal

Vitali Borisov: “Doğma meydan amilindən istifadə etmək istəyirik”

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində növbəti oyununu oktyabrın 6-da keçirəcək Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, üç gündür hazırlığını davam etdirən komandamız dünən taktiki planda çalışıb.

Məşqdən sonra baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib: “Toplanışa oktyabrın 2-də başlasaq da, ancaq bugünkü (dünən) məşqdə heyət tam olaraq iştirak edib. Ölkə xaricində çıxış edən legionerlərimizin gəlişindən sonra əsasən taktiki planda çalışmalara yer ayırmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız bu oyunu gözləyirik. Sevindirici məqam odur ki, komandada zədəli və cəzalı futzalçı yoxdur”.

O, Qazaxıstan millisi haqda da fikirlərini bölüşüb: “Rəqib çox təcrübəli futzalçılardan qurulub. Onlar da dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələsində iştirak ediblər. Fərdi bacarığına görə seçilən futzalçıları var. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Maraqlı qarşılaşma gözləyir bizi. Doğma meydan amilindən istifadə etmək istəyirik. Bunu da bizə hiss etdirəcək qüvvə azarkeşlərimizdir. Onları tribunaya səsləyirik. Gəlsinlər, dəstəkləsinlər, oyunçularımız da onlardan güc-qüvvət alsın”.

V.Borisov heyətlə bağlı fikirlərini də bölüşüb: “Heyətlə bağlı müəyyən dəyişiklik etmişik. Komandaya iki yeni futzalçı qoşulub. Qabriel illər əvvəl komandamızda oynayıb. Təcrübəli futzalçıdır. Murad isə “Baku Fire”in üzvüdür. Çempionat oyunlarında xoş təsir bağışladı. Buna görə də milliyə dəvət etdik. Hər ikisinin ümidlərimizi doğruldacağına inanırıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30