28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Futzal

Yüksək Liqada yeni mövsümə start verildi

Bu gün futzal üzrə Yüksək Liqada yeni mövsümə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 2023-2024-cü il mövsümünün ilk matçında “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşıblar.

Oyundan əvvəl dövlət himni səsləndi, daha sonra 27 sentyabr - Anım günü ilə əlaqədar olaraq ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çempionatın ilk oyununda xallar yarı bölünüb.

Turun ikinci oyunu komandaların gərgin mübarizəsi ilə yadda qalıb. Yekunda bu matçda da xallar yarı bölünüb.

Tura son çempionla debütantın dueli ilə yekun vurulub. Gözlənildiyi kimi, oyun ərzində üstünlüyü əldən verməyən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.

Yüksək Liqa

1-ci tur

26 sentyabr

“Neftçi” İK - “Baku Fire” 5:5

Qollar: Fərid Atakişiyev, 1:14. Ülvi Əliyev, 18:02. Vahib Xocayev, 18:55; 36:50. Namiq Məmmədkərimov, 37:42 - Faiq Əliyev, 2:00. Oktay Rüstəmli, 9:25-pen. Tofiq Əliyev, 17:30; 25:45. Kənan Manafov, 38:49.

“Record” - U-19 2:2

Qollar: Rasim Mikayılov, 10:32. Mojtaba Vali, 17:00 - Rüfət Məmmədli, 11:11. Qüdrət Qasımzadə, 19:14.

“Araz-Naxçıvan” - “Yasamal Bakı” 12:0

Qollar: İsa Atayev, 6:49; 30:53. Katatau, 12:30; 15:44; 25:29. Felipinyo, 12:55. Amadeu, 13:47. Erik Danillo, 17:10. Lukas Romao, 32:21. Anar İsayev, 36:10-öz qapısına. Emil Həsənzadə, 37:00. Xəzər Ağalızadə, 37:43.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30