28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Futzal

Vitali Borisov: “Hansı komanda Qazaxıstan millisindən daha çox xal alsa...”

“Oyun bizim üçün çox yaxşı keçdi. Uşaqlar istəkli idilər. Bu da nəticədə özünü göstərdi. Daha çox qol vura bilərdik. Qarşıda Qazaxıstanla oyun gözləyir bizi. Həmin matça ciddi hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Vitali Borisov Dünya çempionatının seçmə mərhələsində Niderlandı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Xətai Bağırovun zəif çıxış etməsi fikri ilə razılaşmayan Borisov Rumıniyaya uduzduqdan sonra bu oyuna hazırlaşmağın çətin olmadığını vurğulayıb: “Düzdür, komandada əhval-ruhiyyə yaxşı deyildi. Əslində, Rumıniya ilə matçda da pis oynamamışdıq. 1:3 hesabı ilə uduzsaq da, qapıya 22 zərbə biz endirmişdik, 8 zərbə isə rəqib. Həmin görüşdə öz səhvlərimizdən uduzduq”.

Yığmanın çalışdırıcısı heyətdən kənarlaşdırılan İsa Atayevlə bağlı sualı belə cavablandırılıb: “2 gün ərzində hamı İsa Atayevlə bağlı soruşurdu. Amma bunda qeyri-adi heç nə yoxdu. Bu, məşqçilər korpusunun qərarı idi. Hesab etdik ki, İsa bu oyun üçün dincəlməli idi”.

V.Borisov ikinci hissədə millimizin nisbətən zəif təsir bağışlamasına belə aydınlıq gətirib: “İkinci hissədə Edunu meydana buraxmadıq. Sarı vərəqəsi var idi. Eləcə də Filipinyo ilk matçda sarı vərəqə almışdı. Bacardığımız qədər onları qorumağa çalışdıq ki, Qazaxıstanla görüşə cəzalı olmasınlar. Eləcə də bilirdik ki, rəqib beşinci oyunçunu meydana buraxaq. Ona görə də nisbətən komanda sakit oynadı. Lakin yenə də şanslarımız var idi. İlk yarıda 9 epizoddan 5-i qol oldu. İkinci hissədə isə xeyli şansı dəyərləndirə bilmədik”.

O, Qazaxıstanla qarşıdakı oyunların qrup liderliyi baxımından həlledici olacağını bildirib: “Bu 2 oyundan çox şey asılı olacaq. Düzdür, rəqib qrupun favorit sayılır. Həm reytinq baxımından, həm də Avropa və dünya çempionatlarında yaxşı nəticə göstərib. Kim Qazaxıstan millisindən daha çox xal ala bilsə, o komanda da qrupdan çıxmaq şansını xeyli artıracaq”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30