28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Futzal

Millimizin baş məşqçisi: "Azarkeşlərdən üzr istəyirik"

Azərbaycanın futzal üzrə U-19 millisinin baş məşqçi əvəzləyicisi İlqar Aslanov bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə keçirilmiş oyun (3:11) haqda danışıb.

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, mütəxəssis bildirib:

“Deməyə söz tapmıram. Oyundan əvvəl heyətlə bağlı problemlərimiz də var idi. Dörd oyunçumuz həkimin müdaxiləsindən sonra meydana çıxa bildi. Oyunun gedişində daha iki futzalçımız zədələndi və meydanı erkən tərk etdi. Təbii ki, bunlar da oyunumuza təsirsiz ötüşmədi. Hər iki komanda əvvəlki matçlarda yenildiyinə görə, mütləq qələbə qazanmaq üçün meydana çıxmışdı. Təəssüf ki, bunu bacara bilmədik. Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirik. Çox işləməliyik”.

Qeyd edək ki, U-19 əsas mərhələni xalsəz 4-cü pillədə başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30